NHN Qrup LogoNHN Qrup

İstifadə Qaydaları

Zəhmət olmasa, https://nhnqrup.az/ veb-saytından istifadə etməzdən əvvəl bu İstifadə Qaydalarını diqqətlə oxuyun. Sayta daxil olmaqla və xidmətlərimizdən istifadə etməklə bu qaydalarla tam razılaşmış olursunuz.

1. Xidmətlərin Mahiyyəti

NHN QRUP müştərilərinə həm peşəkar mühəndislik (Elektrik, Generator, Ağıllı Ev və s.) servisi, həm də qeyd olunan sahələr üzrə tədris (kurslar) xidməti təklif edir. Saytda yer alan məlumatlar, qiymətlər və kurs detalları şirkətin qərarı ilə xəbərdarlıq edilmədən dəyişdirilə bilər.

2. Qeydiyyat və Müraciət

Kurslara, vakansiyalara və ya xidmətlərə müraciət edərkən verdiyiniz məlumatların doğruluğuna tam cavabdehsiniz. Yanlış məlumat verilməsi müraciətin ləğv olunmasına səbəb ola bilər.

3. Əqli Mülkiyyət

Saytda yerləşdirilmiş bütün dizayn, mətnlər, qrafiklər və logolar NHN QRUP şirkətinə və ya lisenziya sahibinə (KhanButaGroup) məxsusdur. Bunların hər hansı bir formada iznsiz kopyalanması və ya istifadəsi qadağandır.

4. Sertifikatlaşdırma

Kursları bitirən tələbələrə verilən sertifikatlar NHN QRUP daxili qiymətləndirməsinə əsaslanır. Sertifikatın alınması üçün dərslərdə iştirak və yekun imtahandan keçmək mütləqdir.

5. Dəyişikliklər

NHN QRUP bu istifadə qaydalarına istənilən vaxt dəyişiklik etmək hüququnu özündə saxlayır. Dəyişikliklər saytda yayımlandığı andan etibarən qüvvəyə minir.

Son yenilənmə tarixi: 2024-cü il.